Kot dİvuarda yenidən hərbçilərin üsyanı baş qaldırıb

Kot dİvuarda yenidən hərbçilərin üsyanı baş qaldırıb Ölkə Prezidenti Alassan Uattara təcili iclas keçirib
Digər ölkələr
12 May , 2017 17:50
Kot dİvuarda yenidən hərbçilərin üsyanı baş qaldırıb

Bakı. 12 may. REPORT.AZ/ Kot d`İvuar Milli Təhlükəsizlik Şurası dünən gecə ölkənin bir neçə şəhərində hərbçilərin yenidən üsyana başlaması ilə əlaqədar olaraq ölkə Prezidenti Alassan Uattaranın rəhbərliyi ilə təcili iclas keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindəki mənbə bildirib.

Üsyan edən hərbçilər mükafatlarının ödənilməsini tələb edirlər. Hətta bəzi şəhərlərdə hərbçilər kazarmaları tərk edib, şəhərdə əllərində silah gəzirlər.

Qeyd edək ki, bu ilin əvvəlindən hərbçilərlə hökumət arasında mükafatların ödənilməsinə görə mübahisələr vaxtaşırı baş verir.

Son xəbərlər

Orphus sistemi