Kosta Rikanın dövlət sərhədinin bağlanması müddəti uzadılır

Kosta Rikanın dövlət sərhədinin bağlanması müddəti uzadılır Kosta Rika hökuməti dövlət sərhədinin bağlanması müddətinin iyunun 30-dək uzadılması barədə qərar qəbul edib.
Digər ölkələr
30 May , 2020 07:40
Kosta Rikanın dövlət sərhədinin bağlanması müddəti uzadılır

Kosta Rika hökuməti dövlət sərhədinin bağlanması müddətinin iyunun 30-dək uzadılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Daniel Salas məlumat verib.

Qeyd olunub ki, COVID-19 pandemiyası ilə bağlı yük daşımalar da daxil olmaqla ölkə ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 30-dək uzadılıb.

Lakin Kosta Rikanın sərhədlərini bağlaması bölgədəki beynəlxalq nəqliyyatın hərəkətinin iflic olmasına səbəb olub. Hökumət yük maşını sürücüləri üçün sanitar rejimin yüngülləşdiriləcəyini vəd etsə də, heç bir addımlar atmayıb.

Hazırda Kosta Rikaya daxil olan şəxslər iki həftəlik məcburi karantində qalacaq.

Son məlumatlara görə, ölkədə yeni növ koronavirus 1 022 nəfərdə aşkarlanıb, infeksiyanın yaratdığı xəstəlikdən isə 10 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi