Bakı. 26 noyabr. REPORT.AZ/ Kosta-Rikada "Otto" qasırğasından ölənlərin sayı 9 nəfərə çatıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Luis Qilermo Solis xəbər verib.
"Baqasesdə və Upalda 9 nəfərin ölümündən dərin təəssüf hissi keçiririk" – deyə Solis "Twitter"dəki bloqunda yazıb. Prezident həmçinin ölkədə bazar ertəsi günündən başlayacaq 3 günlük matəm elan edib.
Solisin sözlərinə görə, təbii fəlakətlə bağlı 2,5 min insan təxliyə edilib. Ölkənin xilasetmə helikopterlərinə Panama və ABŞ-ın helikopterləri də qoşulub. Onlar qasırğanın olduğu ərazilərdə insanların axtarışlarını həyata keçirirlər.