Kosta-Rikada avtobus dərəyə aşıb, 11 nəfər ölüb

Kosta-Rikada avtobus dərəyə aşıb, 11 nəfər ölüb Qəza nəticəsində daha 16 nəfər yaralanıb
Digər ölkələr
20 Oktyabr , 2016 23:19
Kosta-Rikada avtobus dərəyə aşıb, 11 nəfər ölüb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Kosta-Rikada avtobusun dərəyə aşması nəticəsində ən azı 11 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Diario Extra" qəzeti yazıb.

Təqaüdçüləri daşıyan ekskursiya avtobusu Alaxuela şəhəri ərazisində yoldan çıxaraq 25 metr hündürlükdən yarğana düşüb. Sərnişinlər arasında əcnəbi vətəndaş olmayıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan dördünün vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi