​Kosovodan Avropa İttifaqı ölkələrinə 15 minə yaxın qaçqın yerləşib

​Kosovodan Avropa İttifaqı ölkələrinə 15 minə yaxın qaçqın yerləşib Mühacir axını miqrasiya qaydalarının zəifləməsi səbəbindən artıb
Digər ölkələr
15 Fevral , 2015 07:24
​Kosovodan Avropa İttifaqı ölkələrinə 15 minə yaxın qaçqın yerləşib

Bakı. 15 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Kosovodan Avropa İttifaqı ölkələrinə gedən qaçqınların sayı bir qayda olaraq 15 min nəfər təşkil edib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, Kosovo miqrantları işsizlik səbəbindən öz evlərini tərk edir, Serbiya vasitəsilə Macarıstana, Almaniyaya və digər region ölkələrinə üz tuturlar.

Qaçqın axını Kosovonun Serbiya ilə sərhədində miqrasiya qaydalarının zəifləməsi səbəbindən artıb.

İnsanlar Priştinadan avtobuslarla Belqrada gedir, daha sonra piyada Macarıstana keçir, oradan isə Almaniya, İsveç, Fransa və digər ölkələrə üz tuturlar. Orada artıq çoxlu sayda kosovolu mühacir yaşayır, onlar bu ölkələrdə siyasi sığınacaq axtarırlar.

Tez-tez onlarla birgə sərhədi Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar da keçirlər.

Macarıstan hazırda miqrantlara qarşı kifayət qədər sərt mövqedə dayanır. Qanunsuz miqrantlar saxlanıldığı təqdirdə iki gün ərzində geri qaytarılırlar.

Son xəbərlər

Orphus sistemi