Yuxarı

Kosovoda nümayişçilər hökumət binasını yandırıblar

Serbiya ilə sazişə qarşı çıxanlar parlament binasına yandırıcı qatışıqlı butulkalar atıblar

Bakı. 9 yanvar. REPORT.AZ/ Kosovoda nümayişçilər hökumət binasını yandırıblar.

“Report” xəbər verir ki, hakimiyyətin Serbiya ilə sazişinə qarşı çıxan aksiya iştirakçıları parlamentin baş qərargah binasına yandırıcı qatışıqlı butulkalar atıblar.

Hakimiyyət əleyhdarları Kosovoda serblərin hüquqlarının genişləndirilməsi, onların Belqraddan maliyyələşdirilməsi imkanları və Monteneqro ilə sərhəd çəkilməsinə qarşı çıxış edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi