Kosovo öz ordusunu yaradır

Kosovo öz ordusunu yaradır Ölkə parlamenti müvafiq qətnaməni yekdilliklə təsdiq edib
Digər ölkələr
15 Fevral , 2017 05:46
Kosovo öz ordusunu yaradır

Bakı. 15 fevral. REPORT.AZ/ Kosovo parlamenti çərşənbə axşamı tamhüquqlu silahlı qüvvələrin yaradılması haqqında qətnamə qəbul edib.

"Report" xəbər verir ki, qətnamə səsvermədə iştirak edən bütün deputatlar (68) tərəfindən təsdiq edilib və prezident Haşim Taçinin hakim koalisiyası ilə baş nazir İsa Mustafanın rəhbərlik etdiyi kosovo-alban müxalifətini birləşdirib.

Milli azlıqların "Serbiya siyahısı" partiyasının deputatları iclası boykot edib.

Son xəbərlər

Orphus sistemi