Korsikalı balıqçılar: “Milli kimliyimizi özümüzə qaytarmalıyıq”

Korsikalı balıqçılar: “Milli kimliyimizi özümüzə qaytarmalıyıq” “Mən öz vətənimdə Korsikada yaşamaq istəyirəm, Fransada yaşamaq istəmirəm.”
Digər ölkələr
17 Mart , 2023 17:52
Korsikalı balıqçılar: “Milli kimliyimizi özümüzə qaytarmalıyıq”

“Mən öz vətənim Korsikada yaşamaq istəyirəm, Fransada yaşamaq istəmirəm”.

Bu fikirləri “Report”un yerli bürosuna Korsikanın Ayaçço şəhər limanının balıqçısı Jozef Silvest bildirib.

“Mən Korsikamı qorumağa çalışıram. İstədiyim odur ki, dilimiz yaşamaqda davam etsin. Mənim övladlarım, nəvələrim mənim uşaqlıq dövrümdə yaşadığım xoşbəxtliyi yaşaya bilsinlər. İstədiyimiz özümüzə məxsus milli adət-ənənələrimizi yaşada bilməyimizdir. Bizi avropalılaşdırmağa çalışırlar, bu, yalnız milli dəyərlərimizi qorumaq şərtilə mümkün ola bilər".

Jozef Silvest
Jozef Silvest

O vurğulayıb ki, adaya xarici təsirlər azaldılmalıdır:

"Mən Korsikaya muxtariyyət verilməsinin tərəfdarıyam. Mən öz vətənim Korsikada yaşamaq istəyirəm, Fransada yaşamaq istəmirəm”.

“Bizi işğal ediblər. Korsika müstəqil olmalıdır”.

Bu fikirləri isə “Report”un Fransa bürosuna Korsikanın Ayaçço şəhər limanının balıqçısı Skint Olivye bildirib.

Skint Olivye
Skint Olivye

Onun sözlərinə görə, dil vacib amillərdəndir və yerli əhali Korsika dilindən istifadə etməlidir:

"Ən əsası milli kimliyimizi özümüzə qaytarmalıyıq. Bizim özümüzə məxsus dəyərlərimiz var. Lakin biz onları itirməkdəyik. Öz ölkəmizi, Korsikanı daha tanıya bilmirik. Mən Korsikanın müstəqilliyinin tərəfdarıyam. Əvvəlcə muxtariyyət, sonra isə müstəqilliyimizi əldə etməliyik. Mən Korsikanın tam müstəqil olmasını istəyirəm. Dövlətdən heç nə istəmirik, dövlət də bizdən heç nə istəmir. Özümüzə məxsus vasitələrlə yaşamağa başlamalıyıq - balıqçılıq, kənd təsərrüfatı... Müstəqilliyin nəticəsində qarşımıza çıxacaq çətinliklər məni qorxutmur. Nə qiymətə başa gəlir gəlsin, öhdəsindən gələ bilərik. Vaxtilə Korsika dilində danışılırdı, dəyərlərimiz var idi. Amma onları itiririk. Çünki işğal olunmuşuq. Özümüzü artıq tanımırıq”.

Son xəbərlər

Orphus sistemi