Yuxarı
    Bağlamaq

    Korsika: Polis nümayişçiləri ərəb məhəlləsinə buraxmadı

    600-ə yaxın etirazçı İslam əlehhinə şüarlar səsləndirib və Quranın bir neçə nüsxəsini yandırıb

    Bakı. 28 dekabr. REPORT.AZ/ Fransanın Korsika adasında ötən axşam yenidən islam əleyhinə nümayiş keçirilib.

    "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, yüzlərlə nümayişçi ərəblərin yaşadığı məhəlləyə girmək istəsə də polisin sərt müdaxiləsi ilə qarşılaşıb.

    İki yanğınsöndürənlə bir polis əməkdaşının bıçaqlandığı məhəllə sakinlərindən "intiqam almaq" istəyən 600-ə yaxın etirazçı İslam əlehhinə şüarlar səsləndirib və Quranın bir neçə nüsxəsini yandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi