Koronavirusla mübarizəyə hər ay 89 milyon tibbi maska lazımdır

Koronavirusla mübarizəyə hər ay 89 milyon tibbi maska lazımdır Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirusla mübarizə üçün hər ay 89 milyon ədəd tibbi maska və təxminən 76 milyon cüt tibbi əlcək lazımdır.
Digər ölkələr
310
4 Mart , 2020 04:20
Koronavirusla mübarizəyə hər ay 89 milyon tibbi maska lazımdır
Twitter

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirusla mübarizə üçün hər ay 89 milyon ədəd tibbi maska və təxminən 76 milyon cüt tibbi əlcək lazımdır.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus adından yayılan məlumatda qeyd olunub.

Baş direktorun sözlərinə görə, qoruyucu vasitələrin olmaması insanların həyatını riskə atır.

“Təşkilat hesab edir ki, artan qlobal tələbatı ödəmək üçün qoruyucu avadanlıqların istehsalı 40% artırılmalıdır. Bundan başqa, tibbi məqsədlər üçün hər ay 1,6 milyon cüt gözlük də lazımdır” deyə, Tedros Adanom Qebreyesus əlavə edib. 

Son xəbərlər

Orphus sistemi