Koronavirusdan ölənlərin sayı 9 000-i ötdü

Koronavirusdan ölənlərin sayı 9 000-i ötdü Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 9 276-ya çatıb.
Digər ölkələr
19 Mart , 2020 15:23
Koronavirusdan ölənlərin sayı 9 000-i ötdü
0 : 00
0 : 00

Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 9 276-ya çatıb.

“Report” xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi Çin (3 245), İtaliya (2 978), İran (1 284), İspaniya (767) və Fransada (264) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 176 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 225 237 insan yoluxub. Virusdan sağalanların sayı 85 823 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi