Koronavirusa yoluxmuş şəxsi qurtaran tibb bacısı eyni xəstəlikdən öldü

Koronavirusa yoluxmuş şəxsi qurtaran tibb bacısı eyni xəstəlikdən öldü ABŞ-ın Los-Anceles şəhərində koronavirus daşıyıcısı pasiyenti həyata qaytaran həkim 2 həftə sonra eyni xəstəliyin qurbanı olub.
Digər ölkələr
12 May , 2020 17:21
Koronavirusa yoluxmuş şəxsi qurtaran tibb bacısı eyni xəstəlikdən öldü

ABŞ-ın Los-Anceles şəhərində koronavirus daşıyıcısı pasiyenti həyata qaytaran həkim 2 həftə sonra eyni xəstəliyin qurbanı olub.

“Report” “Los Angeles Times”a istinadən xəbər verir ki, 61 yaşlı mərhumun həmkarları onun xəstəyə qoruyucu kostyumsuz yardım etdiyini bildiriblər.

Məlumata görə, tibb bacısı Seliya Markos nəfəsi dayanan pasiyentə vaxt itirmədən yardım etmək üçün kostyumu geyinməkdən imtina edib. 

Bununla belə, nəşr qadının ölümünün bir başqa versiyasını da irəli sürüb. Belə ki, adının açıqlanmasını istəməyən tibb bacılarından biri xəstəxanada səhiyyə personalına yetərincə maska verilmədiyini bildirib.

Bundan başqa, yerli Əmək müdafiəsi idarəsi tibb bacısının ölümünü fərdi qoruyucu vasitələrin çatışmazlığı ilə əlaqələndirib. Xəstəxana nümayəndələri bu ittihamı rədd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 288 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi