Koronavirusa yoluxma sayı azalır

Koronavirusa yoluxma sayı azalır COVID-19 virusuna yoluxma sayı Asiya, Avropa, Şimali Amerikanın ən çox zərərçəkmiş mölkələrinin əksəriyyətində davamlı olaraq azalır.
Digər ölkələr
431
7 İyun , 2021 15:14
Koronavirusa yoluxma sayı azalır

COVID-19 virusuna yoluxma sayı Asiya, Avropa, Şimali Amerikanın ən çox zərərçəkmiş ölkələrinin əksəriyyətində davamlı olaraq azalmaqdadır.

“Report” xəbər verir ki, Hindistanda aprelin 5-dən bu yana ən aşağı göstərici olan 100 minə yaxın yeni yoluxma sayı qeydə alınıb. Buna baxmayaraq, ölkə yoluxma sayına görə hələ də birinci yerdədir. İndoneziyada gündəlik yoluxma fevrala nisbətən 2,5 dəfə azalaraq 5-6 minə düşüb. Həmçinin Türkiyə və İranda göstərici aprelə nisbətən müvafiq olaraq 10 və 2,5 dəfə azalıb.

ABŞ-da da gündəlik yoluxma sayı 20 mindən aşağı düşərək 2020-ci ilin mart ayı səviyyəsinədək enib.

Cənubi Amerikada isə gündəlik yoluxma pandemiya dövrünün ən yüksək həddinə çatıb. Belə ki, Braziliyada cümə günü 95,6 min yoluxma qeydə alınmışdı. Argentinada isə gündəlik yoluxma sayı 30-35 min ətrafındadır.

İngilis versiyası Global COVID cases drop 

Son xəbərlər

Orphus sistemi