Fevralın 4-nə olan məlumata görə, Çində 20 471 2019-nCov virusa yoluxma hadisəsi qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Koronavirusa yoluxma ilə bağlı şübhələr daha 23 214 nəfərdə aşkarlanıb. Onlardan 2788-i ağır vəziyyətdədir. İndiyə qədər 425 nəfər xəstəlikdən ölüb.
Qeyd edilir ki, 680-dən çox insan xəstəlikdən sağalıb.
Çindən əlavə daha 24 ölkədə 176 nəfər bu virusa yoluxub. Tailandda (25 nəfər), Sinqapurda (24), Yaponiyada (21), Cənubi Koreyada (16), Avstraliyada (13), Almaniyada (12), ABŞ-da (11), Malayziyada (10), Vyetnamda (10), Fransada (6), BƏƏ-də (5), Kanadada (4), Hindistanda (3), Filippində (3), eləcə də İtaliyada, Rusiyada və Böyük Britaniyada, Kambocada, Nepalda, Şri-Lankada, Belçikada, Finlandiyada, İspaniyada və İsveçdə bu virusun daşıyıcıları qeydə alınıb.
Çindən kənarda yeganə ölüm hadisəsi Filippində qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl koronavirusla bağlı qlobal səviyyəli fövqəladə vəziyyət elan edib.