Koronavirusa yoluxan mer öldü

Koronavirusa yoluxan mer öldü İyul ayının ikinci yarısında koronavirusla yoluxan Karakas meri, 70 yaşlı Dario Vivas vəfat edib.
Digər ölkələr
14 Avqust , 2020 05:08
Koronavirusa yoluxan mer öldü
Dario Vivas

İyul ayının ikinci yarısında koronavirusla yoluxan Karakas meri, 70 yaşlı Dario Vivas vəfat edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə baş prokuror Tarek Vilyam Saab bildirib.

“1980-ci illərdən bəri Karakas küçələrində xalqı və vətəni qorumaq üçün cəsarətlə döyüşən yaxşı dostumuz və sadiq inqilabçı Dario Vivasın ölümü ilə əlaqədar kədərli xəbəri aldığımıza görə çox təəssüf hissi keçiririk”, baş prokuror “Twitter”də yazıb.

Venesuelada yeni növ koronavirus (COVID-19) infeksiyasına ilk yoluxma halı martın 13-də qeydə alınıb.

Bundan dərhal sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Bu günə qədər respublikada 29 088 koronavirus infeksiyasına yoluxma qeydə alınıb, müalicə alan 247 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi