Koronavirusa qarşı yeni dərmanın klinik sınaqları keçirilir

Koronavirusa qarşı yeni dərmanın klinik sınaqları keçirilir 2019-nCoV koronavirusun ilk dəfə müşahidə olunduğu Çinin Vuhan şəhərində ABŞ-ın “Gilead Sciences” şirkəti tərəfindən təqdim edilən remdesivir adlı yeni dərmanın sınaqları ötən gün başlayıb.
Digər ölkələr
6 Fevral , 2020 13:04
Koronavirusa qarşı yeni dərmanın klinik sınaqları keçirilir

2019-nCoV koronavirusun ilk dəfə müşahidə olunduğu Çinin Vuhan şəhərində ABŞ-ın “Gilead Sciences” şirkəti tərəfindən təqdim edilən remdesivir adlı yeni dərmanın sınaqları ötən gün başlayıb.

“Report” “Geneng”ə istinadən xəbər verir ki, Çin Milli Tibbi Məhsullar Administrasiyası Çin – Yaponiya Dostluğu Hospitalı və Çin Tibbi Elmlər Akademiyası tərəfindən əlaqələndiriləcək sınaqların keçirilməsini təsdiqləyib.

Dərmanın “in vitro”, yəni bədəndən kənar tədqiqatları zamanı yeni koronavirusun inkişafını əngəlləyən səmərəli vasitə olduğunun üzə çıxdığı bildirilir.

“Xinhua” xəbər verir ki, Dostluq Hospitalı dərmanla bağlı araşdırmaların 3-cü mərhələsi çərçivəsində Vuhanın Jinyintan hospitalında 761 xəstə üzərində sınaq aparmağı nəzərdə tutur. Bunlardan 308 nəfər xəstəliyə zəif və orta səviyyədə, 453 nəfər isə ağır səviyyədə yoluxub.

Çin Milli Səhiyyə Komissiyasına görə ötən çərşənbə axşamına olan məlumata əsasən, koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 24 324 olub, 490 xəstə ölüb, 892 xəstə isə müalicə olunaraq sağalıb.

Son xəbərlər

Orphus sistemi