Koronavirusa ilk olaraq bu ərazidə qalib gəlindi - FOTO

Koronavirusa ilk olaraq bu ərazidə qalib gəlindi - FOTO Danimarikanın tərkibinə daxil olan Qrenlandiya muxtariyyatının hökuməti koronavirus üzərində qələbə qazandıqlarını açıqlayıb.
Digər ölkələr
17 Aprel , 2020 06:44
Koronavirusa ilk olaraq bu ərazidə qalib gəlindi - FOTO

Danimarikanın tərkibinə daxil olan Qrenlandiya muxtariyyatının hökuməti koronavirus üzərində qələbə qazandıqlarını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.

Aprelin 4-dən bu günə kimi muxtariyyatda virusa yeni yoluxma qeydə alınmayıb. Qrenlandiya adasında koronavirus diaqnozu qoyulmuş 11 nəfər isə artıq sağalıb.

Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Muxtariyyatda COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb.

Qrenlandiyanın baş naziri Kim Kilsen faktı təsdiqləyib. O, yeni yoluxma hallarının olmayacağı təqdirdə ölkə paytaxtının tədricən açılışı haqqında bildirib.

Qeyd edək ki, Qrenlandiya hazırda koronavirusdan ölüm hadisəsinin baş verməməsi ilə pandemiyaya qalib gəlinən ilk ərazidir.  

Koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi