Afrikanın qərbində yerləşən Burkina-Fasoda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Fransadan səfərdən qayıdan, yaşı 50-dən yuxarı olan cütlükdə koronavirus aşkarlanıb.
Hər iki şəxs evdə karantin altında saxlanılacaq.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 641-ə çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 031 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.