Mərkəzi Amerika ölkəsi olan Hondurasda 2 nəfərdə koronavirus aşkarlanıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, virus daşıyıcılarının hamısı daha öncə Qərbi Avropaya səfər edib. Hər iki hal Honduras vətəndaşlarında qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 120 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 390-a çatıb. Bunların 66 584 nəfəri sağalıb, 4 301 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.