Koronavirus barədə ilk xəbər verən mərhum həkimin oğlu oldu

Koronavirus barədə ilk xəbər verən mərhum həkimin oğlu oldu Çində koronavirusun yeni növü barədə ilk məlumat verən mərhum həkim Li Venliyanın həyat yoldaşı sağlam övlad dünyaya gətirib.
Digər ölkələr
1032
12 İyun , 2020 08:06
Koronavirus barədə ilk xəbər verən mərhum həkimin oğlu oldu

Çində koronavirusun yeni növü barədə ilk məlumat verən mərhum həkim Li Venliyanın həyat yoldaşı sağlam övlad dünyaya gətirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “PenPay” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, ana və yeni doğulmuş körpə tamamilə sağlamdır.

Mərhum həkimin həyat yoldaşı Fu Syueçze “WeChat” sosial şəbəkə hesabında: “Həyat yoldaşım, bunu cənnətdə gördünmü? Ən son hədiyyən bu gün mənim üçün dünyaya gəldi”-deyə, yazıb.

Qeyd edək ki, Çində koronavirusun yeni növü barədə ilk məlumat verən həkim Li Venliyan cari ilin 7 fevral tarixində müalicə aldığı Uhan şəhərindəki Mərkəzi Xəstəxanada dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi