Yuxarı
    Bağlamaq

    Körfəzdə İraq gəmisi qəzaya uğrayıb, 20 iraqlı matros ölüb

    Gəmi Xor Abdallah kanalında batıb

    Bakı. 24 avqust. REPORT.AZ/ Körfəzdə İraqa məxsus gəminin xarici dövlətin yük gəmisi ilə toqquşması nəticəsində azı 20 iraqlı matros ölüb.

    “Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyi və ölkənin Limanlar İdarəsi məlumat yayıb. 

    “Avqustun 19-da İraqın “əl-Misbar” gəmisi “Royal Arsenal” xarici yük gəmisi ilə toqquşması nəticəsində Xor Abdallah kanalında batıb”, - nazirlikdən vurğulanıb.

    Xilasedicilər 11 nəfəri xilas edə bilib. 

    İraqın Limanlar İdarəsindən “əl-Misbar” gəmisi ilə toqquşan “Royal Arsenal”ın saxlanıldığı da bildirilib.

    Qeyd edək ki, Xor Abdallah kanalı körfəzdə İraqla Küveytin sahilləri arasında yerləşir.

    “Royal Arsenal” yük gəmisi Sent-Vinsent və Qrenadanın dövlət bayrağı altında üzür. O, Kinqstaun limanında qeydə alınıb. Yük gəmisinin uzunluğu 189 metrdir. O, 1999-cu ildə suya buraxılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi