Yuxarı

Koreya Səudiyyə Ərəbistanında 2 mlrd. dollar dəyərində iki AES tikəcək

Səudiyyə Ərəbistanı 2040-cı ilə qədər 12-18 nüvə reaktoru tikməyi planlaşdırır

Bakı. 4 mart. REPORT.AZ/ Koreya Respublikası Səudiyyə Ərəbistanında ümumi dəyəri 2 mlrd. ABŞ dolları olan 2 nüvə reaktoru tikəcək. Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir. 

İki ölkə arasında nüvə energetikası sahəsində əməkdaşlıq haqqında müvafiq memorandum imzalanıb. Sənədə görə, Səudiyyə Ərəbistanında Cənubi Koreya şirkətləri tərəfindən SMART tipli 2 nüvə reaktorunun tikintisi nəzərdə tutulur. 

Cənubi Koreya nümayəndə heyəti bildirib ki, Səudiyyə Ərəbistanı 2040-cı ilə qədər 12-18 nüvə reaktoru tikməyi planlaşdırır. Tikinti ilə bağlı ilk sifarişin artıq gələn il veriləcəyi gözlənilir. 

Koreyada hazılanmış SMART tipli reaktor dünyada ən yığcam reaktordur. O, əsasən ixrac üçün nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi