Yuxarı

Koreya Respublikasının lideri KXDR sakinlərini cənuba qaçmağa çağırıb

Pak Kın He Şimali Koreyanın təxribatlarına cavab verməli olacaqlarını bildirib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Koreya Respublikasının prezidenti Pak Kın He açıq-aydın KXDR-dən olan vətəndaşları və hərbçiləri cənuba doğru qaçmağa çağırıb.

"Report" xəbər verir ki, dövlət başçısı bu çağırışı Koreya Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 68-ci ildönümü münasibətilə bu gün keçirilən təntənəli yığıncaqda deyib.

"Şimali Koreyada yaşayanların arzularını gerçəkləşdirməsi və taleyini dəyişməsi üçün yol açacağıq. İstənilən an müstəqil Koreya Respublikasına gələ bilərsiniz", - deyə Pak Kın He açıq-aydın KXDR sakinlərinə müraciətində bildirib.

O, eyni zamanda Pxenyan hökumətini tənqid edib və istənilən təxribata cavab veriləcəyini söyləyib: "KXDR hökuməti vətəndaşlarımıza qarşı hətta atom bombası istifadə etməklə bizi hədələyir. Üstəlik, nüvə silahlarını təkmilləşdirməklə nüvə sınaqlarından və raket təxribatlarından əl çəkməyəcəklərini göstərirlər. Şimali Koreya təxribata əl atsa, tez zamanda buna cavab verib, təxribatın nəticəsinin necə olacağını onlara göstərmək lazımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi