Koreya Respublikası "Google" şirkətinin ölkənin kartoqrafik məlumatlarından istifadəsinə icazə verməyib

Koreya Respublikası "Google" şirkətinin ölkənin kartoqrafik məlumatlarından istifadəsinə icazə verməyib Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyi: milli təhlükəsizlik baxımından narahatlıq daha əhəmiyyətlidir
Digər ölkələr
18 Noyabr , 2016 12:23
Koreya Respublikası Google şirkətinin ölkənin kartoqrafik məlumatlarından istifadəsinə icazə verməyib

Bakı. 18 noyabr. REPORT.AZ/ Koreya Respublikası hökuməti ABŞ-ın "Google" korporasiyasının Cənubi Koreyanın kartoqrafik məlumatlarından istifadə edilməsiylə bağlı xahişini rədd edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyi milli təhlükəsizlik baxımından narahatlığın "Google" şirkətinin kartoqrafik məlumatlar təqdim etməsinin faydalarından daha əhəmiyyətli olduğunu bildirib. Bu imtinaya görə, "Google Maps" proqramı istifadəçilərə Cənubi Koreyanın piyada və yol marşrutlarını göstərə bilməyəcək.

Son xəbərlər

Orphus sistemi