"Korea Aerospace Industries" şirkətinin vitse-prezidenti intihar edib

"Korea Aerospace Industries" şirkətinin vitse-prezidenti intihar edib KAI şirkətinın adı yayda böyük bir korrupsiya qalmaqalında hallandırılıb
Digər ölkələr
21 sentyabr 2017 12:57
Korea Aerospace Industries şirkətinin vitse-prezidenti intihar edib
AP

Bakı. 21 sentyabr. REPORT.AZ/ Cənubi Koreyanın "Korea Aerospace Industries" (KAI) hərbi sənaye şirkətinin vitse-prezidenti Kim İn Sikin meyiti cümə axşamı yaşadığı mənzildə tapılıb. 

"Report" "RIA Novosti"yə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, o, intihar edib.

Yerli KİV yazır ki, xaricdə KAI-nin biznesinə nəzarət edən Hərbi Hava Qüvvələrinin sabiq generalı Kim İn Sik ölümündən əvvəl məktub yazıb. Məktubda o, şirkətin problemlərini həll edə bilmədiyi üçün üzr istəyir.

KAI şirkətinın adı yayda böyük bir korrupsiya qalmaqalında hallandırılıb, lakin Kim İn Sik prokurorluğun diqqətində olmayıb.

Son xəbərlər

Orphus sistemi