Kopenhagendə atışma olub, ölən və yaralananlar var

Kopenhagendə atışma olub, ölən və yaralananlar var Yaralılardan birinin vəziyyəti ağırdır
Digər ölkələr
1 Noyabr , 2017 03:42
Kopenhagendə atışma olub, ölən və yaralananlar var

Bakı. 1 noyabr. REPORT.AZ/ Çərşənbə axşamı gecə saatlarında Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Nyorrebro mikrorayonunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti "Twitter"də məlumat yayıb.

"Polis atışma nəticəsində bir nəfərin öldüyünü təsdiq edir", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, yaralılardan biri ağır vəziyyətdədir. Atışmanın hər üç iştirakçısı kriminal qruplaşmalar ilə əlaqəlidirlər.

Son xəbərlər

Orphus sistemi