Yuxarı

​Kopenhagendə atışma nəticəsində üç polis yaralanıb

Hadisə yerində Məhəmməd peyğəmbərin (s) karikaturasını çəkən rəssam da olub

Bakı. 14 fevral. REPORT.AZ/ Danimarkanın paytaxtı Kopenhagendə atışma nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, bir nəfər ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, atışma Məhəmməd peyğəmbərin (s) karikaturasını çəkən rəssam Lars Vilks və Fransa səfirinin iştirak etdiyi görüş zamanı baş verib.

Atışmada şübhəli bilinənlər avtomobil ilə hadisə yerindən uzaqlaşıblar. Polis hadisəni terror aktı kimi qeydə alıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Fransa prezidenti Fransua Olland terror aktını pisləyən bəyanatla çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi