Konqresin Senatı 1,9 trilyon dollarlıq stimullaşdırıcı paketi təsdiqlədi

Konqresin Senatı 1,9 trilyon dollarlıq stimullaşdırıcı paketi təsdiqlədi ​​​​​​​ABŞ Konqresinin Senatı ölkə iqtisadiyyatı üçün 1,9 trilyon ABŞ dolları məbləğində olan stimullaşdırıcı paketi qəbul edib
Digər ölkələr
6 Mart , 2021 23:34
Konqresin Senatı 1,9 trilyon dollarlıq stimullaşdırıcı paketi təsdiqlədi

ABŞ Konqresinin Senatı ölkə iqtisadiyyatı üçün 1,9 trilyon ABŞ dolları məbləğində olan stimullaşdırıcı paketi qəbul edib.

“Report”un məlumatına görə, layihə bir səs fərqi ilə təsdiq edilib - 50 lehinə, 49 əleyhinə.

Respublikaçılar Partiyasından olan senatorlar səsvermə zamanı müxtəlif düzəlişlər irəli sürüblər, lakin onların əksəriyyəti rədd edilib.

Müəyyən qədər dəyişdirilən qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən yenidən təsdiqlənməlidir, yalnız bundan sonra imzalanması üçün prezidentə göndəriləcək.

Demokratlar işsizlik müavinətlərinin sona çatacağı 14 mart tarixinə qədər qanun layihəsini prezidentə təsdiq etdirmək istəyirlər.

Son xəbərlər

Orphus sistemi