Konqresin Nümayəndələr Palatası Kapitoli qarışıqlıqlarını araşdırmağa başladı

Konqresin Nümayəndələr Palatası Kapitoli qarışıqlıqlarını araşdırmağa başladı ABŞ Konqresinin Nümayəndələr Palatasının dörd komitəsi Kapitolidə yanvarın 6-da baş vermiş qarışıqlıqların araşdırılmasının başlandığını elan edib.
Digər ölkələr
17 Yanvar , 2021 04:26
Konqresin Nümayəndələr Palatası Kapitoli qarışıqlıqlarını araşdırmağa başladı

ABŞ Konqresinin Nümayəndələr Palatasının dörd komitəsi Kapitolidə yanvarın 6-da baş vermiş qarışıqlıqların araşdırılmasının başlandığını elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə palata tərəfindən yayılmış press-relizdə bildirilir.

Konqresin kəşfiyyat üzrə xüsusi komitəsinin heyətində təmsil olunan üzvləri, habelə nəzarət və islahatlar, daxili təhlükəsizlik, məhkəmə komitəsi üzrə konqresmenlər yanvarın 6-da prezident Donald Tramp tərəfindən təhrik edilmiş qiyamla bağlı hadisələr və ölkədə hakimiyyətin dinc yolla ötürülməsinə, inauqurasyaya təhlükəyə dair müvafiq sənədlərin tələb olunduğu məktubu asayiş keşikçilərinə və kəşfiyyat orqanına göndəriblər.

Komitələr kəşfiyyatın və federal hüquq-mühafizə orqanlarının "zorakılıq təhdidləri barədə, bu məlumatların yayılıb-yayılmaması və təhdidlərin xarici təsir və ya dezinformasiya cəhdləri ilə əlaqəli olub-olmadığını" bildiklərini araşdırmağı planlaşdırır.

Komitələr eyni zamanda milli təhlükəsizlik, müdafiə və məhkəmə sahələrindəki təhlükəsizlik rəsmilərinin və ya vəzifəli şəxslərin qiyamlarda iştirak edib etmədiklərini araşdırmağı planlaşdırırlar. Bundan əlavə, qiyamlardan sonra görülən tədbirlər də araşdırılacaq.

Son xəbərlər

Orphus sistemi