Konqo Demokratik Respublikasının cənub-şərqindəki Tanqanika əyalətində yük maşınının qəzaya uğraması nəticəsində azı 22 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
“Report” AFP-yə istinadən xəbər verir ki, hadisə Mədən Mineral Ehtiyatlar şirkətinə məxsus və kasterit filizi daşıyan yük maşınının Mutetenya yaşayış məntəqəsində aşması nəticəsində meydana gəlib.