Konqo Demokratik Respublikasında torpaq mübahisəsi nəticəsində 3-ü təhlükəsizlik işçisi olmaqla 12 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” ordu nümayəndələrinə istinadən məlumat yayıb.
Silahlı toqquşma sosial gərginliklə xarakterizə olunan İturi əyalətində baş verib.
Bundan əlavə, iki polis və iki əsgər itkin düşüb.
Bildirilir ki, hadisəyə səbəb iki kənddən hansının torpaq sahəsinə sahib olması ilə bağlı fikir ayrılığıdır.