Bakı. 22 dekabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasında qəzaya uğramış "An-26" tipli yük təyyarəsinin həyatını itirən heyət üzvləri ruslar olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın sözügedən ölkədəki səfiri Aleksey Sentebov deyib.
"Təəssüf ki, cümə axşamı qəzaya uğramış təyyarənin ölən bütün heyət üzvlərinin Rusiya vətəndaşları olduğunu təsdiq edə bilərəm. Hazırda onların cəsədləri Kinşasadakı morqa təhvil verilib", - deyə diplomat bildirib.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Rusiya səfirliyi meyitlərin vətənlərinə aparılması proseduruna başlayır.
***17:25
Bakı. 21 dekabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa şəhərindəki hava limanı yaxınlığında yük təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.
Məlumata görə, qəzaya uğramış təyyarənin göyərtəsində 5 ekipaj üzvü və bir sərnişin olub, onların hamısı ölüb. Qəzaya əlverişsiz hava şəraiti səbəb olub.
"Politico"nun məlumatına görə, 1984-cü ilin istehsalı olan "An-26" tipli təyyarə dünən gecədən dispetçerlərlə əlaqəyə çıxmayıb. Ehtimal ki, təyyarə Ncili Beynəlxalq Hava Limanından, təxminən, 40 kilometr məsafədə olub.