Konqoda silahlıların hücumu zamanı öldürülənlərin sayı 35-ə çatıb

Konqoda silahlıların hücumu zamanı öldürülənlərin sayı 35-ə çatıb İlkin məlumatda hücum zamanı 21 nəfərin öldürüldüyü bildirilirdi
Digər ölkələr
26 Dekabr , 2016 21:35
Konqoda silahlıların hücumu zamanı öldürülənlərin sayı 35-ə çatıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasının şərqindəki kəndə silahlı şəxslərin hücumu nəticəsində öldürülənlərin sayı 35 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "France Presse" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Ehtimal edilir ki, Uqandanın milli azadlıq ordusunun 4 silahlısı Şimali Kivunun vilayətinin bir neçə kəndinə hücum ediblər. Konqo Demokratik respublikasının hərbçiləri onları zərərsizləşdirməyə nail olub.

Qeyd edək ki, ilkin məlumatda hücum zamanı 21 nəfərin öldürüldüyü bildirilirdi.

Xatırladaq ki, dekabrın 25-də də Konqo Demokratik Respublikasının Şimali Kivu vilayətində üsyançıların hücumu nəticəsində xutu etnik qrupunun ən azı 13 nümayəndəsi qətlə yetirilib. Ehtimal olunur ki, üsyançılar bu şəkildə ötən həftə 17 dinc nande nümayəndəsinin öldürülməsinin qisasını alıblar. 

Son xəbərlər

Orphus sistemi