Konqoda silahlılar 14 dinc sakini qətlə yetirib

Konqoda silahlılar 14 dinc sakini qətlə yetirib Hadisə rayonun Miriki kəndində baş verib
Digər ölkələr
7 Yanvar , 2016 16:34
Konqoda silahlılar 14 dinc sakini qətlə yetirib

Bakı. 7 yanvar. REPORT.AZ/ Konqo Demokratik Respublikasının Qoma rayonuna Ruandanın Demokratik Azadlıq Qüvvələrinin basqını nəticəsində 14 dinc sakin qətlə yetirilib. 

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu Konqo Silahlı Qüvvələrinin təmsilçisi Mak Xazukay deyib.

Məlumata görə, hadisə rayonun Miriki kəndində baş verib.

Qeyd edək ki, bu silahlı birləşmə ölkənin şərqində fəaliyyət göstərir. Bu təşkilat 1994-cü ildə Ruandada soyqırım törədilməsində iştirakda ittiham olunur.

Son xəbərlər

Orphus sistemi