Konqoda silahlı şəxslər 19 nəfəri öldürüb

Konqoda silahlı şəxslər 19 nəfəri öldürüb Konqo Demokratik Respublikasının şimal-şərqində yerləşən İturi əyalətində “CODECO” silahlılarının hücumu nəticəsində 19 nəfər ölüb.
Digər ölkələr
25 Aprel , 2020 13:14
Konqoda silahlı şəxslər 19 nəfəri öldürüb

Konqo Demokratik Respublikasının şimal-şərqində yerləşən İturi əyalətində “CODECO” silahlılarının hücumu nəticəsində 19 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli icmanın nümayəndələri bildirib.

Məlumata görə, silahlılar Nquraxi kəndinə hücum ediblər: “Onlar o kənddə özlərini ev sahibi kimi aparırlar. 19 nəfərin öldüyünü saymışıq. Xəsarət alanlar xəstəxanaya göndərildilər. Hökumət qüvvələri gec də olsa, gəlib hücumu dəf etdilər”.

Bildirilib ki, qiyamçılar hücum nəticəsində bir neçə evi yandırıblar. Bununla bağlı sakinlər kütləvi şəkildə yaşayış yerlərini tərk ediblər.

CODECO (“Konqo inkişafı uğrunda Birlik”) silahlıları lenda xalqını təmsil edir.

Son xəbərlər

Orphus sistemi