Konqoda kəndə silahlı hücum edilib, 22 nəfər ölüb

Konqoda kəndə silahlı hücum edilib, 22 nəfər ölüb Naməlum şəxslərin Konqonun şimal-şərqindəki İturi əyalətində yerləşən kəndə hücumu nəticəsində azı 12 nəfər ölüb.
Digər ölkələr
28 Noyabr , 2021 23:42
Konqoda kəndə silahlı hücum edilib, 22 nəfər ölüb

Naməlum şəxslərin Konqonun şimal-şərqindəki İturi əyalətində yerləşən kəndə hücumu nəticəsində azı 22 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hücumda CODECO qrupunun silahlıları şübhəli bilinir.

“On iki cəsəd noyabrın 28-də Cuqu ərazisindəki Drodro kəndi yaxınlığında tapılıb. Yerli vətəndaş cəmiyyəti qeyd edir ki, onlar bu səhər CODECO yaraqlılarının hücumundan sonra tapılıb”, - “Okapi” radiosunun açıqlamasında deyilir.

Bildirilib ki, Konqonun silahlı qüvvələrinin mövqeləri və məcburi köçkünlərin yerləşdiyi yerlərə hücum edilib. Mənbələr qeyd edib ki, ölənlərin sayı arta bilər.

Son xəbərlər

Orphus sistemi