Konqo Demokratik Respublikasında 2018-ci ilin iyulundan bu günə kimi "Ebola" virusundan ölənlərin sayı 1,5 min nəfəri ötüb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin
Nazirliyin iyunun 23-ə olan məlumatına görə, ölkədə 2239 virusa yoluxma qeydə alınıb. Daha 94 nəfərin bu virusa yoluxduğu ehtimal olunur.
Qeyd edilir ki, onlardan 2145 nəfərində xəstəliyin əlamətləri təsdiqlənib. Ölkədə "Ebola"dan 1506 nəfər ölüb. Digər 621 nəfər müalicə edilərək sağalıb.
Daha əvvəl bildirilirdi ki, Konqoda "Ebola" virusuna yoluxanların sayı 2008 nəfərə çatıb.