Yuxarı
    Bağlamaq

    Konqoda iki qəbilə arasında toqquşma olub: 50 ölü

    Həlak olanların əksəriyyəti Luba etnik qrupunun üzvləridir

    Bakı. 6 avqust. REPORT.AZ/ Konqo Demokratik Respublikasının şərqində piqmey və bantu qəbilələri arasında baş vermiş toqquşmada 50 nəfər həlak olub.

    "Report" xəbər verir ki, bu barədə "Reuters" yerli humanitar işçilərə istinadən məlumat yayıb.

    Agentliyin müsahiblərinin sözlərinə görə, toqquşma Tanqanika vilayətində, Kalimie şəhəri yaxınlığında baş verib. Həlak olanların əksəriyyəti Luba etnik qrupunun üzvləridir.

    "Əldə edilən informasiyaya görə, qrupa edilmiş hücum nəticəsində 50 nəfər öldürülüb", - deyə yerli qeyri-hökumət təşkilatı olan Kilsələrarası Şuranın sədri İlunqa Musafir bildirib.

    "Reuters" bu rəqəmin son aylar baş vermiş etnik konfliktlər arasında ən böyük itki olduğunu qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi