​Konqoda hərbi toqquşmalar zamanı azı 10 nəfər həlak olub

​Konqoda hərbi toqquşmalar zamanı azı 10 nəfər həlak olub Həlak olanlar arasında Konqo ordusunun leytenantı da var
Digər ölkələr
15 İyun , 2016 23:47
​Konqoda hərbi toqquşmalar zamanı azı 10 nəfər həlak olub

Bakı. 15 iyun. REPORT.AZ/ Konqo Demokratik Respublikasının cənub-şərqində ordu ilə keçmiş üsyançılar arasında baş vermiş hərbi toqquşmalar nəticəsində ən azı 10 nəfər həlak olub. "Report"un məlumatına görə, bu barədə "France-Presse agentliyi məlumat yayıb.

Məlumata görə, üsyançılarla ordu birləşmələri arasında şiddətli toqquşmalar Yuxarı Lomani vilayətindəki Kamin hərbi bazasında icazəsiz nümayişlər zamanı baş verib.

"Toqquşmalar zamanı ölənlər olub, amma heç kim onların sayını dəqiq bilmir" – deyə hospitaldakı mənbə agentliyə bildirib.

Məlumatda bildirilir ki, ölənlərin sayı ən azı 10 nəfərdir. Hərbi bazada həlak olanların dəfni günün axşam saatlarında planlaşdırılır.

Qərb hərbi mənbəsinin verdiyi məlumata görə isə, üsyançılar arasında ölənlərin sayı 20 nəfərdən çoxdur. "Toqquşmalar zamanı həlak olanlar arasında Kamin hərbi bazasında üsyançıları öldürmüş Konqo ordusunun leytenantı da var" – deyə vilayətin qubernatoru Selestin Mbui bildirib.  

Son xəbərlər

Orphus sistemi