Bakı. 2 dekabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasında 200-dək insan "Ebola" virusunun qurbanı olub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, epidemiya ölkə tarixində ən böyük miqyasa çatıb.
Ölkənin
Noyabrın 29-dək olan məlumata görə, "Ebola" 426 nəfərdə aşkarlanıb. Onlardan 379 nəfəri virusun daşıyıcısıdır.
198 nəfər virusdan ölüb, 126 nəfər sağalıb. Regionda "Ebola" əleyhinə peyvəndlərin vurulmasına başlanılıb. İndiyədək 37559 nəfərə peyvənd vurulub.