​Konqoda baş vermiş qarşıdurmada ən azı 15 nəfər ölüb

​Konqoda baş vermiş qarşıdurmada ən azı 15 nəfər ölüb Qarşıdurmanın konkret olaraq hansı qruplaşmalar arasında baş verdiyi haqda məlumat verilmir
Digər ölkələr
8 Fevral , 2016 20:21
​Konqoda baş vermiş qarşıdurmada ən azı 15 nəfər ölüb

Bakı. 8 fevral. REPORT.AZ/ Konqo Demokratik Respublikasının şərqində silahlı qruplaşmalar arasında baş vermiş qarşıdurma nəticəsində ən azı 15 nəfər həlak olub.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, məlumatı AFP yayıb.

Xəbərə görə, insident Şimali Kivu əyalətində qeydə alınıb.

Agentlik yerli hakimiyyət nümayəndəsinə istinadən bildirir ki, qarşıdirma nəticəsində 15-30 nəfər həlak olub.

Qarşıdurmanın konkret olaraq hansı qruplaşmalar arasında baş verdiyi haqda məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi