Konqo DR-da "Ebola"ya yoluxanların sayı 1000 nəfəri ötüb

Konqo DR-da "Ebola"ya yoluxanların sayı 1000 nəfəri ötüb Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonlarından Ebola virusuna yoluxan sakinlərin sayı min nəfəri ötüb, onlardan 630 nəfəri ölüb.
Digər ölkələr
25 Mart , 2019 04:51
Konqo DR-da Ebolaya yoluxanların sayı 1000 nəfəri ötüb

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonlarından "Ebola" virusuna yoluxan sakinlərin sayı min nəfəri ötüb, onlardan 630 nəfəri ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, , bu barədə bazar ertəsinə keçən gecə ölkənin Səhiyyə Nazirliyi "Twitter"də məlumat yayıb.

"Bazar günü, 24 mart 2019-cu il tarixinə olan vəziyyət: ümumi 1009 [yoluxma] halı, eləcə də, 944 təsdiqlənmiş və 65 ehtimal olunan", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, 629 nəfər virusdan ölüb, 321 nəfər sağalıb, 240 şübhəli vəziyyət araşdırılır. Martın 24-ü gün ərzində 10 yoluxma və xəstəlikdən 4 ölüm halı aşkar edilib. Avqustun 8-dən 91 min 286 nəfərə vaksin vurulub.

Son xəbərlər

Orphus sistemi