Bakı. 13 avqust. REPORT.AZ/ Ötən ay Demokratik Respublikasında 117 nəfər vəbanın qurbanı olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, iyunun 11-dən başlayan vəba epidemiyası zamanı 3140 nəfər bu xəstəliyə yoluxub. Onlardan 117-inin həyatını xilas etmək mümkün olmayıb.
Xəstəliyin ölkənin digər bölgələrinə yayılması riskinin mövcud olduğu bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, keçən il ölkədə vəbaya yoluxan 517 nəfər həyatını itirib.