Yuxarı

Kondoliza Rays Donald Trampı seçkilərdən imtina etməyə çağırıb

Donald Tramp prezident olmamalıdır. O getməlidir

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın 2005-2009-cu illərdə dövlət katibi olmuş Kondoliza Rays Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampı seçkilərdən imtna etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə o, bazar günü öz "Facebook" səhifəsində yazıb.

"Donald Tramp prezident olmamalıdır. O getməlidir", - deyə Rays yazıb.

"Bir respublikaçı kimi ümid edirəm ki, Yer üzünün ən böyük demokratik ölkəsində bu ali vəzifəni tutmağa ləyaqəti və miqyası çatan şəxsi dəstəkləyəcəyəm", - deyə sabiq dövlət katibi bildirib.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi