Kolumbiyanın ən böyük narkokartel başçısı saxlanılıb

Kolumbiyanın ən böyük narkokartel başçısı saxlanılıb Kolumbiyanın təhlükəsizlik orqanları hərbçilərlə birlikdə “Körfəz Klanı” cinayətkar dəstəsinin başçısı, ölkənin ən təhlükəli narkokartel rəhbəri hesab olunan Otoniel ləqəbli Dairo Usuqunu saxlamağa müvəffəq olub.
Digər ölkələr
173
24 Oktyabr , 2021 04:53
Kolumbiyanın ən böyük narkokartel başçısı saxlanılıb

Kolumbiyanın təhlükəsizlik orqanları hərbçilərlə birlikdə “Körfəz Klanı” cinayətkar dəstəsinin başçısı, ölkənin ən təhlükəli narkokartel rəhbəri hesab olunan Otoniel ləqəbli Dairo Usuqunu saxlamağa müvəffəq olub.

“Report” xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, əməliyyat Kolumbiyanın şimal-qərbindəki Nekokli bələdiyyəsində həyata keçirilib. İndi Usuqu Medelin şəhərinə aparılır.

“Körfəz Klanı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayətkar qrupdur.

Son xəbərlər

Orphus sistemi