Yuxarı
    Bağlamaq

    ​Kolumbiyada "Zika" virusundan 3 nəfər ölüb

    Ölkədə 20 mindən çox insan bu virusa yoluxub

    Bakı. 6 fevral. REPORT.AZ/ Kolumbiyada "Zika" virusu - "Guillain-Barre" sindromu müşahidə edilən 3 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Nazirlikdən bildirilib ki, həmin sindrom sinir sisteminin zərər görməsi ilə orqanizmdə müvəqqəti iflicə səbəb olur.

    Məlumatda o da qeyd olunub ki, ölkədə 20 mindən çox insan bu virusa yoluxub. Yoluxan insanlardan 2 mindən çoxu isə hamilə qadındır. Virus xəstələrin müəyyən qismində öz əlamətini göstərməsə də, bir həftə ərzində insanda göz qızartısı, qızdırma, baş ağrısı, oynaq ağrısı, halsızlıq və əzələ ağrısı ilə özünü büruzə verə bilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi