Kolumbiyada yarım milyard dollarlıq kokain partiyası saxlanılıb

Kolumbiyada yarım milyard dollarlıq kokain partiyası saxlanılıb Kolumbiyanın Milli Hərbi-Dəniz Qüvvələri dəyəri, təxminən, 500 milyon ABŞ dolları olan 8 ton kokain ələ keçirib.
Digər ölkələr
20 Sentyabr , 2019 13:19
Kolumbiyada yarım milyard dollarlıq kokain partiyası saxlanılıb

Kolumbiyanın Milli Hərbi-Dəniz Qüvvələri dəyəri, təxminən, 500 milyon ABŞ dolları olan 8 ton kokain ələ keçirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Narkotik maddə Tumako bələdiyyəsi sahilləri yaxınlığında olan və Mərkəzi Amerikaya doğru yola çıxmağa hazırlaşan yarıyüklü sualtı qayıqda aşkarlanıb. Yükün kimə məxsus olması barədə məlumat verilmir.

Yerli KİV bunun analoji yolla nəql edilən ən böyük partiya olduğunu qeyd edir. İlin əvvəlindən bəri 20 belə sualtı qayıq aşkar edilib.

Son xəbərlər

Orphus sistemi