Bakı. 2 yanvar. REPORT.AZ/ Kolumbiyanın hüquq-mühafizə orqanları ölkənin şimalında keçirdikləri birgə əməliyyat zamanı "Xalq Azadlıq Ordusu"nun 20 üzvünü saxlayıblar.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında yetkinlik yaşına çatmayanlar da var.
Qeyd edək ki, Kolumbiya hökumətinin digər qruplaşmalardan biri ilə sülh haqqında razılaşmasından "XAO" ölkədə fəaliyyət göstərən yeganə qruplaşma idi. Silahlılar keçmiş deputat Odin Sançesi girov götürüblər və hökumət millət vəkilinin azad olunmasını tələb edirdi.