Kolumbiyada virusdan ölüm hallarında yeni antirekord

Kolumbiyada virusdan ölüm hallarında yeni antirekord Kolumbiyada son sutkada pandemiya dövründə koronavirusdan rekord ölüm halı qeydə alınıb.
Digər ölkələr
14 İyun , 2021 06:37
Kolumbiyada virusdan ölüm hallarında yeni antirekord

Kolumbiyada son sutkada pandemiya dövründə koronavirusdan rekord ölüm halı qeydə alınıb.

“Report” xəbər verir ki, Kolumbiya Səhiyyə və Sosial İşlər Nazirliyinin məlumatına görə, son sutkada ölkədə 586 nəfər koronavirusdan vəfat edib. Buna qədər sutkada ən çox ölüm faktı 577 olub.

Artıq pandemiya dövründə koronavirusdan ölənlərin sayı 95 778-ə çatıb.

Bildirilib ki, indiyədək ölkədə ümumilikdə 3 477 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 753 224 nəfər müalicə olunaraq sağalıb.

Son xəbərlər

Orphus sistemi