Kolumbiyada virusa rekord sayda yoluxma qeydə alındı

Kolumbiyada virusa rekord sayda yoluxma qeydə alındı Kolumbiyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 10 284 yoluxma halı qeydə alınıb.
Digər ölkələr
29 İyul , 2020 03:11
Kolumbiyada virusa rekord sayda yoluxma qeydə alındı

Kolumbiyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 10 284 yoluxma halı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, pandemiya başlayandan bəri rekord yoluxma sayıdır.

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 267 385 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 297 pasiyent ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 9 074 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 136 690 nəfərdir.

Son xəbərlər

Orphus sistemi